Flik: “Əminəm ki, gələn mövsüm də möhtəşəm heyətimiz olacaq”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik, gələn mövsüm üçün komandanın heyəti ilə bağlı nikbin fikirlər səsləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, transfer bazarında baş verəcək dəyişikliklərdən asılı olmayaraq, komandanın güclü qalacağına inandığını bildirib:

“Transfer bazarında nə baş verməsindən asılı olmayaraq, əminəm ki, gələn mövsüm də möhtəşəm heyətimiz olacaq”.

“Barselona” 2025/26 mövsümündə vaxtından əvvəl İspaniya çempionluğunu təmin edib. Kataloniya təmsilçisi 37 turdan sonra 94 xal toplayıb və ikinci pillədə qərarlaşan “Real”ı 11 xal qabaqlayır. Flikin komandası mövsümün son turunda səfərdə “Valensiya” ilə qarşılaşacaq. Oyun mayın 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button