
Flik Bastoninin transferinə qarşıdır
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “İnter”in mərkəz müdafiəçisi Alessandro Bastoninin Kataloniya klubuna keçməsinin qarşısını ala bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə məhz futbolçunun almaniyalı mütəxəssisin taktiki sisteminə uyğun gəlmədiyinə görə ləngiyib. Flik müdafiəçinin bəzi texniki xüsusiyyətlərinə şübhə ilə yanaşır. “Barselona”nın idman direktoru Deku isə bir neçə aydır ki, transfer üzərində işləyir, amma indi hər şey uğursuz ola bilər. Baş məşqçi klubdan bazarda başqa variantlar axtarmağı xahiş edib.
Bastoninin keçidina digər maneə onun yüksək qiyməti və “İnter”in güzəştə getmək istəməməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



