
Flik “Atletiko”ya məğlubiyyətin səbəbini açıqladı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Atletiko”ya qarşı kubok qarşılaşmalarındakı uğursuzluğu şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis komandanın ilk oyunda müdafiədə ciddi problemlər yaşadığını etiraf edib:
“0:4 hesablı məğlubiyyəti müzakirə və təhlil etdik. Açığı, biz istədiyimiz kimi, komanda şəklində müdafiə olunmadıq. Bəzi futbolçular müdafiədə öz işlərinin öhdəsindən yaxşı gələ bilmədilər. Ev oyununda isə vəziyyət fərqli idi – hamı müdafiə olunurdu, lazımi məsafəni qoruyurdu və lazım olan anlarda pressinq tətbiq edirdi. Pressinq etməsəz, müdafiə olunmaq çox çətindir”.
“Barselona” İspaniya kubokunun yarımfinalında iki oyunun nəticəsinə görə “Atletiko”ya uduzaraq, turnirlə vidalaşıb (0:4, 3:0).
Kataloniya təmsilçisi bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Nyukasl”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin



