“Flamenqo”nun futbolçusu rəsmən “Milan”da

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliyanın “Flamenqo” klubundan mərkəz müdafiəçisi Duarteni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı stopperlə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının yaydığı məlumata görə, “Milan” bu transfer qarşılığında “Flamenqo”ya 11 milyon avro ödəyib.

“Flamenqo”nun yetirməsi olan Duarte 2016-cı ildən bu klubun əsas komandasında çıxış edir. O, geridə qalan mövsümdə 14 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button