Braziliya klubu Riçarlisonu transfer etməyə çalışıb

“Tottenhem”in hücumçusu Riçarlison qış transfer dövründə “Flamenqo”ya keçə bilərmiş.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubu 28 yaşlı futbolçuyla maraqlanıb, lakin oyunçunun yüksək qiyməti səbəbindən müqavilə bağlanmayıb. Bundan əlavə, forvard özü də hələ vətəninə qayıtmağa hazır olmayıb.

Riçarlisonun “Tottenhem”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button