“Fiorentina” azarkeşləri “Qarabağ”ı arzulayır

UEFA Konfrans Liqasının pley-off mərhələsində potensial rəqiblər arasından ən arzuolunan komandanı müzakirə edən “Fiorentina”nın azarkeşləri “Qarabağ”a da diqqət göstəriblər.

Komanda.az xəbər verir ki, Florensiya klubunun fanatlarının saytı kimi tanınan “violanation.com”-da “köhlən atlar”ın ən uyğun rəqib olduğu yazılıb.

İtaliyalı azarkeşlər “Qarabağ”ın bundan əvvəl “Fiorentina” ilə qarşılaşdığını da xatırladıb: 

“Ən əlverişli rəqiblərdən Kiprin AEK, Moldovanın “Şerif” və Azərbaycanın “Qarabağ” klubunu qeyd etmək olar. “Qarabağ”la 2016/2017 mövsümündə üz-üzə gəlmişik və qələbə qazanmışdıq.

Ötən mövsüm “Roma”nı darmadağın edən “Bude-Qlimt” xüsusi diqqətə layiqdir. Fevrala qədər çempionatlarının başlamayacağını nəzərə alsaq, onları da “qara qutu” adlandırmaq olar”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button