
“Tottenhem”in baş məşqçisinin başına bəla olan fincan – FOTO
“Tottenhem”in baş məşqçisi Tomas Frank yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “MatchDay Central” məlumat yayıb.
Danimarkalı mütəxəssisin göndərilməsi komandanın uğurlu olmayan nəticələri ilə bağlıdır. Xüsusilə, vurğulanır ki, bu qərarın “Arsenal” loqolu fincanla bağlı yayılan fotolarla əlaqəsi yoxdur:
“Bu, “Arsenal” loqolu fincanla heç bir şəkildə bağlı deyil. Guya…”
“Bornmut”a 2:3 hesablı məğlubiyyətdən sonra Frankın üzərində “Arsenal” emblemi olan fincandan nəsə içərkən gülümsədiyi fotolar sosial şəbəkədə geniş yayılmışdı.
“Tottenhem” hazırda Premyer Liqada 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komanda yanvarın 10-da İngiltərə kubokunun üçüncü mərhələsi çərçivəsində “Aston Villa”nı qəbul edəcək.

Bizi Facebook-da izləyin



