
Final seriyasının ilk oyununda darmadağın
Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının ilk oyunu keçirilib.
Komanda.az xəbər verir ki, “Sabah” və “Xəzri” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gəliblər.
Qarşılaşma 95:70 hesabı ilə “Xəzri”nin xeyrinə başa çatıb.
Seriyanın növbəti oyunları mayın 19-da və 22-də baş tutacaq. Üç qələbə qazanan komanda Azərbaycan çempionu adına sahib çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin