“Fikirləşirdim ki, mənə meymun deyənlər üçün oynaya bilmərəm” – Mbappe

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe futboldakı irqçilikdən danışıb.

Komanda.az xəbər verir ki, Kilian “Sports Illustrated”-a açıqlamasında irqçilik təzahürləri ilə necə mübarizə aparması haqda da məlumat verib:

“Əvvəllər fikirləşirdim ki, mənə meymun deyənlər üçün oynaya bilmərəm. İsrar edirdim ki, oynamayacam. Amma sonra mənimlə oynayan, məni ruhlandıran insanlarla bu haqda danışdım. Və qərara gəldim ki, bu addımım mənim təslim olmağımın göstəricisi sayılacaq. Çünki hesab edirəm ki, mən hamıya nümunə olmalıyam.

Bu, yeni Fransadır… Məhz buna görə də mən milli komandada oynamağa davam edirəm. Gənc nəslə “biz birlikdə güclüyük” mesajını vermək üçün”.

23 yaşlı Mbappe Fransa yığmasının heyətində 59 oyuna çıxıb, 28 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button