FİFA prezidentindən Mbappeyə dəstək

FİFA-nın prezidenti Canni İnfantino Fransa millisinin hücumçusu Kilian Mbappeyə qarşı səsləndirilən hədələrə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, FİFA rəhbəri sosial şəbəkə hesabındakı paylaşımında Paraqvay senatoru Selesta Amarilyanın fransalı futbolçu ilə bağlı səsləndirdiyi fikirləri qətiyyətlə pisləyib:

“Mbappeyə qarşı səsləndirilən bu cür ifadələri tamamilə pisləyirəm. Futbol dünyası Kilianı dəstəkləyir. Biz irqçiliyin bütün təzahürlərinə qarşı mübarizəni davam etdirməliyik. Futbolda və cəmiyyətdə bu halların kökünü kəsmək üçün bundan sonra da çalışacağıq”.

Fransa millisi 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Paraqvayı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu Mbappe penalti zərbəsindən vurub. Həmin matçdan sonra Paraqvay senatoru Selesta fransalı hücumçunu həbs etdirməklə hədələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button