
FİFA milli federasiya ilə bağlı qərarını ləğv etdi
FİFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.
Komanda.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Qərar yerli hökumətin FTFA-ya verilən səlahiyyətləri bərpa etməsindən sonra qəbul olunub.
Hakimiyyət futbolu müvəqqəti idarə etməkdən ötrü milli komitə yaratmaq fikrindən daşınıb. Milli federasiyanın binaları yenidən qurumun prezidenti Moktar Mahamudun nəzarətinə verilib.
Qeyd edək ki, FİFA FTFA-nın fəaliyyətini apreldə dayandırmışdı. Həmin vaxt ölkənin səlahiyyətli nümayəndələri təşkilatın mandatını birdəfəlik ləğv etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin