FİFA-dan klublara güzəşt: Transfer pəncərəsinin müddəti uzadılır

FİFA yay transfer pəncərəsinin müddətini uzada bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumu yay transfer dövrünü 2021-ci ilin yanvarına qədər uzatmağı düşünür. Bu qərarın koronavirus pandemiyası səbəbiylə zərər görmüş klubların büdcələrini tənzimləməyə kömək edəcəyi bildirilib. Qurum yaxın zamanda bu qərarı klublarla müzakirə edəcək.

Bir müddət əvvəl yayılan xəbərlərdə, bir neçə Avropa klubunun xərclərini tənzimləmək üçün yayda transferlərdən imtina edəcəyi bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button