Van Persi azarkeşlərin səbrini tükədib

“Feyenoord”da azarkeşlərin səbr kasası dolmaq üzrədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Robin van Persinin istefası ilə bağlı tələblər hər ötən tur daha da güclənir.

Hətta son turda səfərdə “Utrext” üzərində minimal hesablı qələbə (1:0) belə, vəziyyəti dəyişməyib. “Utrext” bu məğlubiyyətlə ardıcıl doqquzuncu oyunda da qələbə qazana bilməyib. Buna baxmayaraq, Van Persinin postundan göndərilməsi ehtimalı qalmaqdadır. Futbol tarixində qələbədən sonra istefaya göndərilən baş məşqçilərin nümunələri kifayət qədərdir.

“Feyenoord” üçün müəyyən mənada şans ondadır ki, PSV çempionluq yarışında xeyli irəli getsə də, digər əsas rəqiblər mövsümü son dərəcə zəif keçirir. Bu amil Rotterdam təmsilçisinin 22 oyunda 6 məğlubiyyət almasına baxmayaraq, turnir cədvəlində ikinci pillədə qalmasına imkan verir.

Ancaq nəticələr azarkeşləri qane etmir. Van Persinin istefasını tələb edən plakatlar artıq klubun demək olar ki, hər matçında tribunaları bəzəyir və təzyiq getdikcə artır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button