Fernandesin “Tottenhem”ə keçidi niyə alınmayıb?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes karyerasında maraqlı transfer detalını açıqlayıb.

31 yaşlı futbolçu bildirib ki, bir neçə il əvvəl “Tottenhem”ə keçməyə çox yaxın olub. Ancaq transfer son anda baş tutmayıb.

Komanda.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu barədə britaniyalı iş adamı Steven Bartlettin podkastında danışıb:

“Bir neçə il əvvəl “Tottenhem”lə danışıqlar aparırdım və razılaşmaya çox yaxın idik. Amma son iki gündə “Sportinq” (Lissabon) dedi ki, onu satmayacağıq. Beləliklə, transfer baş tutmadı”.

Fernandes “Mançester Yunayted”ə 2020-ci ildə “Sportinq”dən transfer olunub. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Futbolçu indiyədək “qırmızı şeytanlar”ın heyətində 327 oyuna çıxıb, 107 qol vurub və 108 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button