“Mançester Yunayted”də yeni müqavilə

Bruno Fernandes “Mançester Yunayted”lə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Məlumatda qeyd olunur ki, Fernandesin “qırmızı şeytanlar”la yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun illik maaşı 16 milyon avro olacaq.

Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin qışında “Sportinq”dən 60 milyon avroya transfer olunub. Portuqaliya millisinin üzvü cari mövsümdə MY-nin heyətində meydana çıxdığı 37 oyunda 9 qol, 14 ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button