“Ferentsvaroş”un oyunu təxirə salındı – “Qarabağ”a görə

“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.

Komanda.az xəbər verir ki, Budapeşt klubu Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşü ilə bağlı yerli futbol liqasına müraciət edib. Yolun uzaq olmasını və oyunun əhəmiyyətini nəzərə alan “Ferentsvaroş” çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi klubun istəyini müsbət cavablandırıb.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button