Fekir üçün İngiltərədən 3 “elçi”

“Betis”in yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “CalcioMercato”-ya istinadən xəbər verir ki, 29 yaşlı fransalı futbolçunun xidmətində “Arsenal” və “Mançester Yunayted” maraqlıdır. Futbolçu ilə “Nyukasl” da maraqlanır.

“Betis” Fekirlə 30 milyon avrodan aşağı qiymətə ayrılmaq niyyətində deyil.

Fekir bu mövsüm 19 oyun keçirib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button