“Barselona”ya qol vurdu, tarixə düşdü

“Rayo Valyekano” İspaniya La Liqasının 11-ci turunda “Barselona”nı məğlub edib – 1:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən oyunda komandasının qələbə qolunu vuran Radamel Falkao çempionatın tarixinə düşüb.

Belə ki, Falkao, La Liqada komandasıyla ilk 6 oyunda 4 qol vurmağı bacaran ən yaşlı futbolçu olub. O, bu uğura 35 yaş 259 günlüyündə nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button