
“Fabreqası böyük gələcək gözləyir”
“Barselona”nın sabiq kapitanı Serji Roberto hazırda karyerasını İtaliya A Seriyası təmsilçisi “Komo”da davam etdirir.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, İtaliya komandasının baş məşqçisi Sesk Fabreqasın onun “Komo”ya qoşulmasında əsas rol oynadığını bildirib:
“Mənim bu komandaya qoşulmaq qərarımda əsas amil məhz Fabreqas oldu. Bir il ərzində İtaliya A Seriyasında işləyərək, o, artıq bir çox önəmli top-klublardan təkliflər alıb. Mən əminliklə deyə bilərəm ki, o, ideal məşqçidir və onu böyük gələcək gözləyir”.
Fabreqas da əvvəllər “Barselona”da çıxış etsə də, yalnız bir mövsüm klubda qalıb. “Komo” hazırda onun rəhbərliyi altında İtaliya çempionatında turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



