
“Fənərbaxça”dan ayrılan futbolçu Fransa klubunda – Rəsmi
Fransanın “Renn” klubu Sebastyan Şimanski ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisnin mətbuat xidməti məlumat yayıb.
Polşalı futbolçu Türkiyənin “Fənərbaxça” klubundan Fransa təmsilçisinə keçib. Onun müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fənərbaxça”da 24 oyuna çıxaraq, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt”-ə görə, onun bazar dəyəri 12 milyon avro təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



