Luis Enrikenin DÇ-2022 ilə bağlı arzusu

İspaniya yığmasının baş məşqçisi Luis Enrike DÇ-2022-də favoritlərini açıqlayıb.

Komanda.az “Twitch”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İspaniya və Argentina milli komandalarının adlarını çəkib:

“İspaniya dünya çempionatını qazanmasa, Argentinanın qalib gəlməsini istərdim. Lionel Messi kimi futbolçunun dünya çempionu adını qazanmadan karyerasını başa vurması ədalətsizlik olardı”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Argentina millisi Polşa, Meksika və Səudiyyə Ərəbistanı ilə, İspaniya isə Almaniya, Yaponiya və Kosta-Rika ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button