Övladını itirən Luis Enrikeyə dəstək: “Milliyə qayıtmaq istəsə…”

İspaniya milli komandasının baş məşqçisi Robert Moreno yığmanın keçmiş çalışdırıcısı Luis Enrike ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, qızını itirən Enrikenin milli komandaya mümkün qayıdışı ilə bağlı danışıb:

“Çətin həftə idi. Belə kədərli vəziyyətlərə baxmayaraq, ruhdan düşməməyə çalışacağıq. Edə biləcəyimiz yeganə şey budur.

Luisi dostum hesab edirəm və dostluq hər şeydən vacibdir. Luis Enrike milliyə qayıtmaq istəsə, ona yer verərəm və əvvəlki kimi, onunla işləməyə davam etməkdən məmnun olaram”.

Enrike iyun ayında ailə məsələlərinə görə milli komandadakı vəzifəsindən istefa verdikdən sonra onu köməkçisi Moreno əvəzləmişdi. Enrikenin uzun müddət sümük xərçəngindən əziyyət çəkən 9 yaşlı qızı Xana, bir neçə gün əvvəl vəfat edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button