Eltac Səfərli Almaniyada beynəlxalq turnirin qalibi oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada keçirilən beynəlxalq turnirin qalibi olub.

Komanda.az xəbər verir ki, 30 yaşlı qrossmeyster son turda Almaniya təmsilçisi Yulian Krameri məğlub edib.

Yekunda 6,5 xal toplayan Eltac Səfərli yarışı birinci pillədə başa vurub.

Xatırladaq ki, 7 turdan ibarət yarışda 188 şahmatçı mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button