“Sabah”da Abdullayev müəmması

“Sabah”ın zədəli futbolçusu Elşən Abdullayevin durumuna aydınlıq gəlib.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib. O, Abdullayevin müalicə müddətinin uzandığını və yaşıl meydanlara qayıdacağı vaxtın bilinmədiyini deyib:

“Abdullayevin tez vaxtda sıralara qayıdacağını gözləyirdik. Ancaq müalicəsi uzandı. Yenidən komandaya nə zaman qoşulacağı dəqiq bilinmir”.

Elşən Abdullayev Premyer Liqanın 16-cı turunda keçirilən “Sabah” – “Qəbələ” matçının 46-cı dəqiqəsində meydana daxil olmuş, ancaq 60-cı dəqiqədə zədələnərək, yerini Emil Qasımova vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button