Dzeko “Roma”nın tarixinə düşdü

Futbol üzrə İtaliya A Seriyasının 33-cü turunda “Verona” üzərində 2:1 hesablı qələbə “Roma”nın hücumçusu Edin Dzeko üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, bosniyalı oyunçu sözügedən görüşdə qol vurmaqla klubun tarixinə keçib.

2016-cı ildən paytaxt təmsilçisində çıxış edən Dzeko klubdakı qollarının sayını 105-ə çatdırıb. Bu göstərici ilə o, “Roma”da ən çox qol vuran legioner futbolçu adını qazanıb. O, 1959-1965-ci illərdə “Roma”da oynayan argentinalı Pedro Manfredininin rekordunu yeniləyib.

Qeyd edək ki, 34 yaşlı Dzeko bu mövsüm “canavarlar”ın heyətində 39 matç keçirib və 18 qol vurub.