Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi bəlli oldu

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, finalda İtaliya millisi ilə “Barselona Panthers” (İspaniya) klubu üz-üzə gəlib.

15:12 hesabı ilə qələbə qazanan apenninlilər turnirin qalibi olublar.

Yarımfinal görüşlərində “Barselona Panthers” Portuqaliyaya (20:13), İtaliya isə Polşaya (13:12) qalib gəlib. Azərbaycan millisi mübarizəni 1/4 finalda, “Baku Flames” klubu isə qrup mərhələsində dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button