“Sumqayıt” daha bir futbolçunun keçidini açıqladı

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, “kimyaçılar” son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 27 yaşlı oyunçu “Sumqayıt”da 24 nömrəli formada çıxış edəcək.

2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı, “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərinin də uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button