Donnarumma: “Çox xoşbəxtik”

İtaliya yığmasının qapıçısı Canluici Donnarumma AÇ-2024-ün seçmə mərhələsində Ukrayna ilə oyundan (0:0) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan italiyalı qolkiper çox xoşbəxt olduqlarını bildirib:

“Çox xoşbəxtik. Yaşadığımız bütün çətinliklərə baxmayaraq, layiq olduğumuz yerdəyik. Yeni baş məşqçiyə və bütün komandaya təşəkkür edirəm. Biz Almaniyaya Avropa çempionluğunu müdafiə edən çempionlar kimi gedirik. Bu ruhla oynasaq, uğur qazana biləcəyimizi bilərək, yenidən əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizə təşəkkür edirik. Son dəqiqələrdə bizə inanılmaz köməklik göstərdilər. Hamımız bir idik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button