“Donnarumma bir gün mütləq A Seriyasına qayıdacaq”

“Mançester Siti”nin qapıçısı Canluici Donnarummanın agenti Enzo Rayola müştərisinin gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, italiyalı qolkiperin bir gün yenidən vətəninə qayıdacağının demək olar ki, qaçılmaz olduğunu bildirib:

“Donnarumma bir gün mütləq A Seriyasına qayıdacaq. Ancaq hazırda o, tam şəkildə “Mançester Siti”yə köklənib. Donnarumma indiki klubunu əla və çox maraqlı layihə hesab edir, meydanda da özünü yüksək səviyyədə göstərir”.

Agent həmçinin, etiraf edib ki, ötən ilin yayında italiyalı qapıçıya A Seriyasından bir neçə klub maraq göstərib.

26 yaşlı futbolçu ötən ilin sentyabrında PSJ-dən “Mançester Siti”yə transfer olunub. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button