
Donnarumma ayağına yeni döymə etdirib
“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma yeni döymə etdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tez-tez bir çox məşhurlarla işləyən döymə ustası Valentino Russo, italiyalı futbolçunun sol ayağına etdirdiyi komiks superqəhrəmanı Betmen döyməsinin şəklini sosial media hesabında paylaşıb və şəklin altına “Əla! Dostum üçün ayaqda döymə” yazıb.
Donnarumma bu mövsüm Premyer Liqada 28 oyun keçirib və 24 qol buraxıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



