Dibala ilə bağlanacaq yeni müqavilənin detalları bilindi

“Roma”nın hücumçusu Paulo Dibala karyerasını klubunda davam etdirməyə qərar verib. Argentinalı futbolçunun hazırkı müqaviləsinin müddəti gələn ay başa çatsa da, tərəflər yeni sözləşmənin imzalanmasına çox yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. 32 yaşlı forvardın illik maaşı bonuslar xaric 2,5 milyon avro olacaq.

Dibala 2022-ci ilin yayından “Roma”nın formasını geyinir. O, başa çatan mövsümdə bütün turnirlərdə 27 oyuna çıxaraq, 3 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button