
Dembelenin taleyi Çempionlar Liqasından asılıdır
PSJ hücumçusu Osman Dembele ilə yeni müqavilə danışıqlarını hələlik davam etdirməyi planlaşdırmır.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, tərəflər müzakirələrə fasilə vermək barədə razılığa gəlib. Klub rəhbərliyi hesab edir ki, hazırda danışıqlar üçün uyğun zaman deyil və fransalı futbolçu da eyni mövqeni bölüşür.
Paris təmsilçisinin yaxın aylar üçün əsas prioriteti UEFA Çempionlar Liqasında uğurlu çıxışdır. Bununla yanaşı, klub rəhbərliyi gələcəkdə qərarını dəyişə bilər. Xüsusilə, komandanın turnirdə 1/4 və ya yarımfinal mərhələsində mübarizəni dayandırması heyətdə yenidənqurma prosesini sürətləndirə və daha gənc futbolçulara üstünlük verilməsinə səbəb ola bilər.
Dembele mövsümün ilk yarısında tez-tez zədələrlə üzləşib ki, bu da onunla bağlı müəyyən suallar yaradıb. Mayda 29 yaşı tamam olacaq futbolçunun PSJ-dən ayrılacağı təqdirdə, ən real variant kimi Səudiyyə Ərəbistanı çempionatı göstərilir.
Bizi Facebook-da izləyin



