Deku: “Hamımız Messinin geri dönməsini istəyirdik”

“Barselona”nın idman direktoru Deku komandanın sabiq futbolçusu Lionel Messi haqda danışıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi argentinalı hücumçunun Kataloniya təmsilçisinin tarixinin ən yaxşı oyunçusu olduğunu bildirib: 

“Messi mənim dostumdur. Onu çox istəyirəm. Son zamanlar daha az əlaqə saxlayırıq. Çünki o, uzaqdadır. Hamımız Messinin geri dönməsini istəyirdik. Amma təəssüf ki, bu, mümkün olmadı. Messi bu klubun tarixinin ən yaxşı oyunçusudur. “İnter Mayami”də xoşbəxt olduğunu görürəm. Bir “Barselona” və Messi azarkeşi olaraq ona ən yaxşı şeyləri arzulayıram”.

36 yaşlı futbolçu bu yay “İnter Mayami” ilə müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button