De Xea Almaniya klubuna keçməyə razılıq verib

Azad agent statusunda olan ispaniyalı qapıçı David de Xea “Bayern”ə transferə razılıq verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu “Mançester Siti”nin qapıçısı Stefan Orteqa ilə razılaşmasa, onların əsas namizədi De Xeadır. Şəxsi şərtlər qapıçı və Münhen klubu üçün problem olmayacaq.

David de Xea 2022/2023 mövsümündə “Mançester Yunayted”in heyətində bütün yarışlarda 58 oyuna çıxıb. Futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi bu il iyunun sonunda başa çatıb. Tərəflər müqaviləni yeniləməmək qərarına gəliblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button