De Byazinin mətbuat konfransının vaxtı bilindi

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də, Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Avstriya millisinin baş məşqçisi, daha sonra Canni De Byazi mətbuat önünə çıxacaq.

23 mart

Avstriya milli komandası

14:45. Mətbuat konfransı

15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası

17:30. Mətbuat konfransı

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button