De Byazinin digər köməkçiləri də müəyyənləşdi

Azərbaycan milli  komandasının baş məşqçisi təyin ediləcəyi gözlənilən Canni De Byazinin daha iki köməkçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, ona Benni Karbone və Klaudio Beluççi kömək edəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

De Byazinin digər köməkçisinin “Qarabağ”ın və Albaniya millisinin keçmiş futbolçusu Ansi Aqollinin olacağı bildirilir. Mütəxəssisin digər köməkçisi isə Arif Əsədov olacaq.