
DÇ-2026: İngiltərə millisi yarımfinalda
Futbol üzrə dünya çempionatında İngiltərə millisi Norveçə qalib gəlib.
Komanda.az Mayami stadionunda keçirilən matçda ingilislər 2:1 hesablı qələbə qazanıblar.
Maçtın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib hər biri 15 dəqiqədən ibarət əlavə hissələrdə müəyyənləşib.
İngilislərin heyətində Çud Bellinqem (45+2, 93) dubl edib. Skandinaviyalıların tək qolu isə Andreas Şelderuldan (36) gəlib
İngiltərə millisi yarımfinalda Argentina – İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



