
Skaloni: “Fransa – İspaniya oyununu erkən final adlandırmaq olar”
Argentina millisinin baş məşqçisi Lionel Skaloni 2026-cı il dünya çempionatının ilk yarımfinal cütü barədə fikirlərini bölüşüb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, mütəxəssis Fransa və İspaniya milliləri arasında keçiriləcək yarımfinal görüşünü turnirin ən vacib qarşılaşmalarından biri adlandırıb:
“Fransa ilə İspaniya arasındakı oyunu dünya çempionatının erkən finalı adlandırmaq olar. Hər iki komanda turnirin əsas favoritləri sırasındadır”.
Fransa – İspaniya yarımfinal matçı iyulun 14-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Argentina millisi isə iyulun 12-də dünya çempionatının 1/4 finalında İsveçrə yığması ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



