
DÇ-2026: Finalda iştirak edəcək məşhurların adları bilindi
2026-cı il dünya çempionatının final oyununun fasiləsində keçiriləcək musiqili şounun iştirakçıları açıqlanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şou proqramda məşhur müğənnilər Şakira, Madonna və Castin Biber çıxış edəcəklər. Bundan başqa, səhnədə BTS və “Coldplay” qrupları da yer alacaq. “Coldplay”ın solisti Kris Martin də proqramın əsas iştirakçılarından biri olacaq.
Tədbirdə həmçinin, Burna Boy, Qustavo Dudamel və PS22 xoru çıxış edəcək. Azyaşlı azarkeşlər üçün isə “Sesame Street” (“Susam küçəsi”) personajlarının səhnəyə çıxması nəzərdə tutulub.
Castin Biber final şousunda iştirak etməyin onun üçün böyük şərəf olduğunu bildirib və təşkilatçılara təşəkkür edib.
Dünya çempionatının final oyunu iyulun 19-da Nyu-York şəhərində keçiriləcək. Qarşılaşmanın final fiti saat 23:00-da səslənəcək.
Bizi Facebook-da izləyin



