DÇ-2022-yə ən çox futbolçu göndərən liqalar

Bu il Qətərdə keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən liqaların siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, siyahının ilk pilləsində böyük fərqlə üstünlük qazanan İngiltərə Premyer Liqası (163) qərarlaşıb.

İspaniya La Liqası 86 oyunçu ilə ikinci sırada yer alıb. İlk “3-lüy”ü Almaniya Bundesliqası (83) qapayıb.

İtaliya A Seriyasından 70, Fransa Liqa 1-dən 58, Səudiyyə Ərəbistanı çempionatı və ABŞ-ın MLS liqasından 35, Qətər liqasından 33, Belçika çempionatından 24, Meksika liqasından 23, Niderland Erediviziyasından, Portuqaliya liqasından və Türkiyə Super Liqasında hərəyə 19, Kosta-Rika Premyer Divizionundan 17 futbolçu mundiala qatılır.

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button