Serbiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı SİYAHI

DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycanla qarşılaşacaq Serbiya yığmasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Serbiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. Millinin yeni baş məşqçisi Draqan Stoykoviç 30 futbolçuya dəvət göndərib:

Qapıçılar: Predraq Raykoviç (“Reyms”, Fransa), Marko Dmitroviç (“Eybar”, İspaniya), Borxe Nikoliç (“Bazel”, İsveçrə);

Müdafiəçilər: Stefan Mitroviç (“Strasburq”, Fransa), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya), Uroş Spayiç (“Feyenoord”, Niderland), Miloş Velkoviç (“Verder”, Almaniya), Straxinya Pavloviç (“Serkl Brügge”, Belçika), Marko Petkoviç (“Baçka”, Serbiya), Milan Qayiç (“Srvena Zvezda”, Serbiya), Filip Mladenoviç (“Legiya”, Polşa);

Yarımmüdafiəçilər: Mixailo Ristiç (“Monpelye”, Fransa), Saşa Lukiç (“Torino”, İtaliya), Uroş Raciç (“Valensiya”, İspaniya), Nemanya Maksimoviç (“Xetafe”, İspaniya), Nemanya Qudel (“Sevilya”, İspaniya), Nemanya Radonyiç (“Herta”, Almaniya), Duşan Tadiç (“Ayaks”, Niderland), Nenad Kristiç (AEK, Yunanıstan), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Filip Buriciç (“Sassuolo”, İtaliya), Darko Lazoviç (“Verona”, İtaliya), Marko Qruyiç (“Portu”, Portuqaliya), Andriya Jivkoviç (PAOK, Yunanıstan), İvan İliç (“Verona”, İtaliya), Filip Kostiç (“Ayntraxt”, Almaniya);

Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Luka Yoviç (“Ayntraxt”, Almaniya), Duşan Vlahoviç (“Fiorentina”, İtaliya), Borxe Despotoviç (“Rubin”, Rusiya).

Serbiya yığması martın 24-də İrlandiya, 27-də Portuqaliya, 30-da isə Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button