DÇ-2022: Maneni o əvəzləyəcək

DÇ-2022-də Seneqal millisinin futbolçusu Sadio Maneni əvəzləyəcək oyunçunun adı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Aliu Sisse mətbuat konfransında bildirib.

O, Manenin əvəzinə “Barselona”dan Musa Ndiayenin komandaya dəvət edildiyini söyləyib.

“Barselona”dan daha əvvəl Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Odman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxonun (Uruqvay) Qətərə yollandığı dəqiqləşib.

Seneqal millisi A qrupunun 1-ci turunda bu gün Niderlandla qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button