DÇ-2022: İspaniya millisində itki

İspaniyalı yarımmüdafiəçi Uqo Gilyamon DÇ-2022-nin qrup mərhələsinin oyunlarını buraxa bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi dizindən aldığı zədə səbəbindən milli komandada məşqə çıxa bilməyib. Dekabrın 1-də İspaniyanın Yaponiyaya qarşı üçüncü qrup matçına qədər onun tam sağalması gözlənilmir.

İspaniya turnirdə ilk oyununu noyabrın 23-də Kosta-Rika millisinə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button