DÇ-2022: Argentina millisində itki

Argentina millisi DÇ-2022-dən əvvəl itki ilə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubundan milliyə cəlb olunan Xoakin Korrea mundialda iştirak edə bilməyəcək.

28 yaşlı hücumçu sol ayağından zədə alıb. Korreanın yerinə komandaya ABŞ-ın MLS liqasında çıxış edən “Atlanta”nın hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada çağırılıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq. Argentina millisi C qrupunda Meksika, Polşa və Səudiyyə Ərəbistanı ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button