DÇ-2022: Niderland və Argentina 1/4 finalda!

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. “Xəlifə” stadionunda keçirilən oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edib. Dörd qolun qeydə alındığı matçda Avropa təmsilçisi inamlı qələbəyə sevinib. Nəticədə Niderland yığması ilk 1/4 finalçı olub.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutub. “Əhməd ibn-Əli” stadionunda baş tutan qarşılaşmanın baş hakimi polşalı Şimon Marçinyak olub. Üç qolun qeydə alındığı matçda sevinən tərəf Argentina yığması olub.

Dünya çempionatı
1/8 final

3 dekabr

Niderland – ABŞ 3:1
Qol: Memfis Depay, 10. Deyli Blind, 45+1. Denzel Dumfris, 81 – Haci Rayt, 76.
Baş hakim: Vilton Sampayo (Braziliya).
“Xəlifə” stadionu.

Niderland: 23. Andris Noppert, 2. Yurryen Timber, 4. Vircil Van Deyk, 5. Natan Ake, 22. Denzel Dumfris, 15. Marten De Ron, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo.
ABŞ: 1. Mett Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uoker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkenni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra.

Argentina – Avstraliya 2:1
Qol: Lionel Messi, 35. Xulian Alvares, 57 – Entso Fernandes, 77-öz qapısına.
Baş hakim: Şimon Marçinyak (Polşa).
“Əhməd ibn-Əli” stadionu.

Argentina: 23. Emiliano Martines, 26. Nauel Molina, 13. Kristian Romero, 19. Nikolas Otamendi, 8. Markos Akunya, 20. Aleksis Makallister, 7. Rodriqo De Paul, 24. Entso Fernandes, 17. Alexandro Qomes, 10. Lionel Messi (k), 9. Xulian Alvares.
Avstraliya: 1. Metyu Rayan (k), 19. Harri Suttar, 4. Kay Rouls, 16. Aziz Behiç, 2. Miloş Degenek, 13. Aaron Muy, 22. Cekson İrvin, 26. Kianu Bakkus, 7. Metyu Leki, 15. Mitçell Dyuk, 14. Rayli Makqri.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button