Dadaşov Super Liqa klubunda debüt etdi

Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Oyun qolsuz bitib – 0:0.

Renat da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana çıxmaqla Hatay klubunda debüt edib.

“Hatayspor” hazırda 7 xalla 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button