Dadaşov oynadı, komandası “Beşiktaş”a uduzdu

Türkiyə Super Liqasında 18-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Alanyaspor” evdə “Samsunspor”u üstələyibsə, “Kasımpaşa” – “Rizəspor” və “Pendikspor” – “Ankaragücü” matçlarında qalib müəyyənləşməyib.

“Beşiktaş” isə bu turda “Hatayspor”la səfər oyunundan qalib ayrılıb. Hatay təmsilçisinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 90 dəqiqə meydanda olub.

Beləliklə, 18 turdan sonra 44 xala malik “Fənərbaxça” liderdir. Eyni xala malik “Qalatasaray” ikinci, 30 xalı olan “Trabzonspor” üçüncüdür. “Kayserispor”la “Beşiktaş”ın 29, “Adana Dəmirspor”un  27 xalı var. “Hatayspor”un da 19 xalı var.

Türkiyə Super Liqası
18-ci tur

23 dekabr

Sivasspor – İstanbulspor 1:0
Qol: Manay, 86.

Fatih Karagümrük – Qaziantep 0:3
Qollar: Draquş, 27. Qradel, 49. A.Kızıldağ, 87.

Trabzonspor – Başakşəhər 1:1
Qollar: B.Mendi, 34 – Pelkas, 11.

24 dekabr

Konyaspor – Kayserispor 2:0
Qollar: Çikalleşi, 51-pen; 63-pen.

Adana Dəmirspor – Antalyaspor 2:1
Qollar: Akintola, 1. E.Akbaba, 45 – E.Yeşilyurt, 85.

Fənərbaxça – Qalatasaray 0:0

25 dekabr

Alanyaspor – Samsunspor 3:1
Qollar: Y.Özdəmir, 14. O.Aydın, 27. N.Yanviyer, 90+3 – M.Mondalimaci, 86.

Kasımpaşa – Rizəspor 2:2
Qollar: H.Hayradinoviç, 30. N.Da Kosta, 61 – A.Qaiç, 45+2; 73.

Hatayspor – Beşiktaş 1:2
Qollar: A.Hodziç, 80 – S.Kılıçsoy, 38. O.Kolli, 53.

Pendikspor – Ankaragücü 1:1
Qollar: A.Öztürk, 79 – E.Bekiroğlu, 18.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button