
“Bilirəm ki, çoxu hazırda oyunumuzdan məmnun deyil”
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalının “Real”a qarşı cavab oyunundan əvvəl komandasındakı vəziyyətlə bağlı fikirlərini bildirib. İngiltərə klubunun Çempionlar Liqasında qalması üçün möcüzə lazımdır və onların Premyer Liqadakı çıxışı da idealdan çox uzaqdır, lider “Arsenal” 9 xal fərqiylə öndədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi komandasını dəstəkləyib:
“Mən hələ də komandamı sevirəm. Bilirəm ki, müasir futbolun reallıqlarını nəzərə alsaq, çoxu hazırda bizim oyunumuzdan məmnun deyil, amma həqiqətən də, komandamdan razıyam. Sona qədər mübarizə aparacağıq və gələn mövsüm geri dönəcəyik”.
“Mançester Siti” ilə “Real” arasında ilk qarşılaşma ispanların 3:0 hesablı qələbəsiylə başa çatıb. Komandalar arasında cavab oyunu martın 17-də, “Etihad”da keçiriləcək.
Bizi Facebook-da izləyin



