“0:3 çox ağır nəticədir” – Sarri

“Latsio”nun baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 13-cü turunun “Yuventus”la oyunu (0:3) barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarri rəqibin müdafiə futbolu oynadığını bildirib:

“İlk qol hər şeyi dəyişdi. “Yuventus”un qələbəyə layiq olmadığını demirəm, amma 0:3 çox ağır nəticədir.

Düzünü desəm, “Yuventus” həmişə çox etibarlı müdafiə olunub. Ona görə də, hesabda önə keçdikdən sonra onların müdafiə futbolu oynayacaqlarına şübhəm yox idi”.

Bu görüşdən sonra “Yuventus” A Seriyasında 31 xalla turnir cədvəlində üçüncü, “Latsio” 30 xalla dördüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button