
“Arsenal”la matçdan əvvəl Simeonedən maraqlı addım
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu öncəsi maraqlı qərar verib.
Madridlilər “Arsenal”la keçiriləcək cavab matçı üçün planlaşdırılan oteli son anda dəyişib. Komanda daha əvvəl “topçular”a 0:4 hesabı ilə məğlub olduğu matçda məhz həmin oteldə qalıb.
Argentinalı mütəxəssis “təkrar təsadüf” ehtimalını nəzərə alaraq, komandanın yerləşdiyi otelin dəyişdirilməsini tələb edib. Futbolçular isə oyuna az qalmış əşyalarını yığaraq yeni otelə köçürülüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Simeone jurnalistlərin bu barədə sualına ironik cavab verib:
“Yeni otel daha ucuzdur”.
Tərəflər arasında Madriddə keçirilən ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



